|
“Ağ Blok”un təsisçilərindən biri olan Zəka Sahibin 87 Saylı Ağsu İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizədliyi qeydə alınıb.
Bu barədə Teleqraf.az-a məlumat verən Zəka Sahib bunları deyib:
"Namizədliyimin qeydə alınması üçün imza verən hər bir Ağsu rayon sakininə və seçki qərərgahımın fədakar üzvlərinə öz dərin təşəkkürümü bildirirəm. Cəmi 3 gün ərzində 550 imza toplayaraq DSK-ya təqdim etməyi bacarmağımız bir daha onu göstərdi ki, vətəndaşlarımızın gənclərə ümidləri çox böyükdür. Biz də seçicilərimizin ümidlərini doğrultmaq üçün bütün gücümüzlə çalışacağıq."
Xatırladaq ki, Zəka Sahib ölkənin ən gənc namizədlərindən biridir.
Samir