|
QAT sədri Akif NağıYaponiyadan gəlmiş tədqiqatçılar Əlibəy Məmmədov və Yu Tachibana ilə görüşüb.
QAT-ın mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, Əlibəy Məmmədov 10 ilə yaxındır ki, Yaponiyada çalışır, Hokkaido Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidentidir, Kuril adaları ilə bağlı münaqişəni tədqiq edir.Yu Tachinaba həmin Universitetdə çalışır, Dağlıq Qarabağ münaqişəsinin tədqiq edir. Hər iki tədqiqatçı doktorluq işi üzərində çalışır. Görüşdə qonaqlar münaqişələrin həlli ilə bağlı öz mövqelərini bildiriblər. A.Nağı onlara Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, mahiyyəti ilə bağlı ətraflı məlumat verib, onlara Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, disklər hədiyyə edib