|
57 saylı Kürdəmir Seçki Dairəsində bu il keçiriləcək parlament seçkilərinə namizədliyini verən müstəqil namizəd Mürsəliyev Azad Oktay oğluna problem yaradılıb.
Bu barədə Teleqraf.az-a hüquq müdafiəçisi Şaban Nəsirov məlumat verib. "Böyük ehtimalla problemin yaradılması Kürdəmir rayonunun icra başçısının tapşırığı ilə həyata keçirilir" deyən Hüquq müdafiəçisi bildirib ki, “ 57 saylı Kürdəmir Seçi Dairəsindən namizədliyini irəli sürən Mürsəliyev Azad Oktay oğluna qarşı dairənin sədri tərəfindən süni maneçiliklər yaradılır. Seçki dairəsində Azad müəllimin sənədlərini qəbul etməmək üçün müxtəlif bəhanələr gətirildi. Biz bu qanunpozuntusu ilə bağlı MSK-nın 115 nömrəli qaynar xəttinə müraciət etdik. Bizdən məlumatları qəbul edib söz verdillər ki, tezlklə məsələni araşdırıb cavab verəcəklər. Biz hesab edirik ki, Azad müəllimə qarşı yaranan problemlərin başındarayon icra hakiumiyyətinin başçısı dayanır. Bildiyiniz kimi Azad müəllim rayondakı problemlərlə bağlı icra başçısını tənqid edərək mətbuatda silsilə yazılarla çıxış edib.”