Aydın Mirzəzadə: “Seçki məsələsini dəyirmi masada müzakirə etmək Konstitusiyaya ziddir” 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə “AĞ blok”un dəyirmi masa keçirmək üçün Azərbaycan hakimiyyətinə müraciətinə cavab verib. 

Xatırladaq ki, “AĞ blok” hakimiyyəti 2015-ci il parlament seçkiləri öncəsi ölkədə  bütün siyasi maraqlı tərəfləri əhatə edəcək dəyirmi masa təşkil etməyə çağırıb. Bu dəyirmi masada "seçkilər", "Seçki Məcəlləsi", "say komissiyaları və onların tərkibi" və s. aktual problemli məsələlər müzakirəyə çıxarılmasının vacibliyi qeyd edilir. “Ümumi və geniş konsensus əldə olunması və seçkilərin legitimlik məsələsinin həlli də, bu dəyirmi masadan xeyli dərəcədə asılı ola bilər. Bu tədbir mətbuat və ictimaiyyət üçün tam açıq və şəffaf şəkildə təşkil olunmalıdır. Əsas məqsədlərdən biri milli etimad mühitinin yaradılması və xalqla siyasi sistemin qarşılıqlı etimadının təmin olunması olmalıdır”-deyə müraciətdə bildirilir. Aydın Mirzəzadə isə Cebhe.info-ya açıqlamasında deyib ki, dəyirmi masa seçki məsələsinin müzakirəsi mövzusu ola bilməz: “Dəyirmi masa fikir mübadiləsi məkanıdır və hakimiyyətin səlahiyyətlərini həyata keçirmir. Seçki qanunveriviliyinə dair müzakirələr və qərarlar parlamentdə qəbul olunur. Seçkidə iştirak etmək istəyən bütün tərəflər, partiyalar, bloklar və namizədlər öz təkliflərini seçki kampaniyası çərçivəsində seçicilərə çatdıra bilər. Ona görə hesab edirəm ki, seçki qanunvericiliyinə aid olan məsələlərin dəyirmi masada müzakirəyə çıxarılması Azərbaycan Konstitusiyasına ziddir”. Millət vəkili onu da bildirib ki, Azərbaycan hakimiyyəti seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq bütün siyasi qüvvələrlə dialoqu davam etdirməyə hazırdır. Lakin dialoq və ya dəyirmi masa siyasi qərarların qəbul olunduğu yer deyil: “Orada müxtəlif təkliflər səslənə bilər, dialoqda iştirak edən tərəflər öz mövqeyini ortaya qoya bilər. Ancaq seçki qanunvericiliyinin dəyişdirilməsini nəzərdə tutan təkliflər Konstitusiyaya zidd olduğundan buna ehtiyac yoxdur”.(Musavat.com)

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti