Qafqaz Müsəlmanları İdarəsi (QMİ) avqustun 28-də Bakının Nizami rayonunda baş verən qətl hadisəsini törədən şəxsin QMİ sədrinin müavini, “Heydər” məscid-kompleksinin rəhbəri Hacı Sabir Həsənlinin kürəkəni olması barədə yayılan xəbərlərə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən Report-a bildirilib ki, öldürülən, yaxud ölən şəxsin Hacı Sabir Həsənli ilə heç bir qohumluq əlaqəsi yoxdur. Qeyd edək ki, bəzi saytlarda öldürülən sabiq polis işçisi Nadir İbrahimovun, bəzi saytlarda isə qətli törədən Rövşən Hacıyevin Hacı Sabir Həsənlinin kürəkəni olduğu yazılıb.