|
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yaxın zamanda yeni partiya yaratdığını elan edəcək. Modern.az bildirir ki, bu iddia ilə Ermənistanın “Qrapark” qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, əvvəlcə Vardan Oskanyanın “Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan müstəqil deputat Vaqe Ovannisyanla birgə yaradacağı barədə məlumatlar yayılıb. Sonradan bu niyyətin baş tutmadığı ortaya çıxıb.
Qəzet yazır ki, buna baxmayaraq keçmiş xarici işlər naziri yeni partiya yaratmaq niyyətindən vaz keçməyib və bunu tezliklə elan edəcək.