|
Qazaxıstan Azərbaycan xalqını nüvə silahından əziyyət çəkənlərin ruhuna ehtiram olaraq keçirdiyi kampaniyaya qoşulmağa çağırır.
Teleqraf.az xəbər verir ki,bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunur ki, artıq altıncı ildir, keçirilən kampaniya “ATOM Layihəsi” adlanır və məqsədi nüvə silahı istehsalını dayandırmaq çağırışına bütün dünyanı cəlb etməkdir. “Kampaniya beynəlxalq səviyyədə dünya əhalisini nüvə sınaqları qurbanlarının xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükuta çağırır.
Bu proses hər il 29 avqust tarixində Astana vaxtı ilə saat 11:05-də keçirilir. Bu zaman saatın əqrəbləri «V» (victory) hərfini göstərir və bu isə nüvə silahına qarşı mübarizədə və qorxu üzərində qələbəni simvolizə edir”,- deyə səfirlikdən bildirilib.