|
Səddam Hüseynin ögey qardaşı Vatban İbrahim əl-Həsənin meyiti və həyat yoldaşı qaçırılıb.
Strateq.az xarici mətbu orqanlara istinadən bildirir ki, bu məlumatı Elbu Nəsir əşirətinin lideri Şeyx Həsən əl-Nida açıqlayıb. Əşirət lideri Vatbanın ölümündən və həyat yoldaşının sağlamlığından rəsmi dairələri cavabdeh görəcəklərini dilə gətirib.
Qeyd edək ki, Vatban bu cümə axşamı həbsxanada həyatını dəyişmişdi. Ümumiyyətlə, son zamanlar İraqdan Səddam Hüseyn iqtidarı dönəmində yüksək vəzifə tutanların ölüm xəbərləri tez-tez yayılır. Onlar adətən həbsxanada ölür və ailələrinə təslim edidikdən sonra naməlum adamlar tərəfindən qaçırılırlar. Ötən ay bənzər hadisə Səddam rejiminin Xarici İşlər naziri Tarik Əzizin “başına gəlmişdi”.