|
Çinin şimalında yerləşən Tyanzin liman şəhərindəki anbarda baş verən partlayış nəticəsində 10 mindən çox avtomobil yanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, futbol meydançası boyda avtodayanacaqda idxal olunan avtomobillər saxlanılırmış. Dayanacaq partlayışın baş verdiyi anbarın 500 metrliyində yerləşdiyindən hadisə nəticəsində 2,5 mindən çox alman istehsalı olan avtomobillər yararsız hala düşüb.
Nəticədə avtomobilləri idxal edən şirkətə 10 milyon dollardan çox ziyan dəyib.
Qeyd edək ki, təhlükəli maddələrin olduğu anbarda baş verən yanğın zamanı 55 nəfər insan həlak olub, 700-dən çox insan isə xəsarət alıb.