Xəbər verildiyi kimi, Türkiyə terror hücumlarından qorunmaq üçün Suriya ilə sərhədə beton divar çəkməkdə davam edir. Hatay vilayətinin Reyhanlı rayonunda inşa olunan səddin artıq xeyli hissəsi çəkilib. Səddin eni 2 metr, hündürlüyü isə 3 metrdir. Beton sədd sərhəd boyunca 8 km ərazini əhatə edəcək. Yerli rəhbərlik işlərin qısa müddətdə tamamlanacağını açıqlayıb.