Türkiyə hərbçiləri Azad Suriya Ordusuna (ASO) bağlı olan Sultan Murad briqadasının tərkibində Suriyaya girib. Axar.az xəbər verir ki, bu sensasiyalı iddianı İŞİD-ə qarşı yaradılan İnqilab Ordusunun sözçüsü Əhməd Hisso “Sputnik” agentliyinə açıqlamasında deyib. O, türk əsgərinin Babel Salam sərhəd-keçid məntəqəsindən Suriyaya girdiyini bildirib: “600-ə yaxın türk hərbçisi ASO-ya bağlı Sultan Murad briqadasının tərkibində Suriyanın Azez şəhərinə girib. Onlar özləri ilə birgə ağır silahlar da gətiriblər. Türk əsgərləri Azezin ətrafında, ən çox da türkmanların yaşadığı Kfır Qan və Dalha kəndlərində mövqe tutublar”. Qeyd edək ki, Sultan Murad briqadası türkmanlardan ibarətdir.