|
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri və ölkənin vitse-prezidenti olan Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Məktum Türkiyəyə buraxılmayıb.
Avropa.info xəbər verir ki, öz Xüsusi təyyarəsi ilə Dubaydan çıxaraq Türkiyənin hava sahəsinə girən əl-Məktum burada böyük şok yaşayıb.
İstanbuldakı Atatürk Hava Limanında eniş üçün icazə istəyən təyyarənin pilotundan sərnişinin kim olduğu soruşulub.
əl-Məktum isə adının deyilməməsi barədə pilotu xəbərdar edib. Daha sonra məcburiyyət qarşısında pilot sərnişinin “VİP sərnişin” olduğunu söyləyib.
Atatürk Hava Limanından isə sərnişinin adının bildirilməyəcəyi təqdirdə təyyarəyə eniş üçün icazə verilməyəcəyi bildirilib.
əl-Məktumun təyyarəsinə eniş üçün icazə verilmədiyi üçün təyyarə geri qayıtmaq məcburiyyətində qalıb.