|
Böyük Britaniyanın sabiq baş naziri Edvard Hitin adı pedofiliya qalmaqalında hallanır.
AzVision.az `Euronews`-a istinadən xəbər verir ki, bundan öncə mərhum baş nazirlə bağlı daxil olan şikayətləri araşdırmadığı üçün Uiltşer qraflığının polisinə ittihamlar irəli sürülüb.
Məlumata əsasən polislər 1990-cı illərdə sabiq baş nazirin adının da olduğu yeniyetmələrə qarşı seksual təcavüz işi üzrə istintaqın aparılmasına mane olub.
Lakin bu işin detalları hələ ki açıqlanmır.
Mühafizəkar Edvard Hit 1970-ci illərdə Britaniya hökumətinə rəhbərlik edib. Məhz onun baş nazir olduğu dövrdə Böyük Britaniya Avropa İttifaqına qoşulub.
Lakin, sonradan o, mühafizəkar partiyada liderlikdə Marqeret Tetçerə məğlub olub. Bundan sonra parlamentin deputatı olub. Məhz deputat olduğu vaxtda onun pedafiliya ilə məşğul olduğu bildirilir.
Qeyd edək ki, Edvar Hit 10 il əvvəl 90 yaşında vəfat edib.