|
Türkiyə prokurorluq orqanları Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşin cinayət məsuliyyətinə cəlb olunması istiamqətində fəaliyyətə başlayıb.
Moderator.az Türkiyənin “Sözçü” qəzetinə istinadən xəıbər verir ki, prokurorluq HDP lideri S. Dəmirtaşın 2014-cü ilin 6 - 8 oktyabr hadisələrindəki mövqeyinə görə istintaq araşdırmasına başlayıb. S. Dəmirtaş vətəndaşları sabitliyi pozaraq milli zəmində münaqişəyə təhrik etməkdə ittiham olunur.
Bununla bağlı olaraq prokurorluq HDP liderinin toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət etməyə hazırlaşır. Türkiyə parlamenti S. Dəmirtaşın toxunulmazlıq hüququnu əlindən alarsa, o zaman HDP liderini 24 il həbs cəzası gözləyir.
Qeyd edək ki, 2014-cü ilin 6 - 8 oktyabrında kürdlər Türkiyənin bir sıra şəhrələrində etiraz aksiyası keçirərək bəyan etdilər ki, guya İŞİD Türkiyə hakimiyyətinin dəstəyi ilə Kobanidə kürd əhalisinə qarşı qətliam törədir. Aksiyalarda Türkiyə hakimiyyətdindən tələb edirdilər ki, kürdlərə sərhəddi keçib Kobanidə döyüşməyə şərait yaratsınlar. Onu da əlavə edək ki, Türkiyədəki 2014-cü ilin oktyabr aksiyaları zamanı 50 - yə yaxın insan ölüb.