|
Bu gün ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə son günlərdə qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar yaradılan "Ağ Blok"un təsisçilərindən olan Tural Abbaslı arasında təkbətək görüş olub.
Həmin görüş ABŞ səfirliyinin dəvəti ilə baş tutub.
Əsas müzakirə mövzusu "Ağ Blok"un fəaliyyəti olub. Blokun yaranma məqsədi, qarşısına qoyduğu məqsədlər barədə geniş fikir mübadiləsi aparılıb.
Səmimi şəraitdə keçən görüş bir saatdan artıq davam edib.
ABŞ səfirliyinin nümayəndəsi "Ağ Blok"un hədəfləri və məqsədləri barədə öz qeydlərini aparıb.
Bu barədə musavat.com-a görüşdə "Ağ Blok"un təmsilçisi kimi iştirak edən Tural Abbaslı məlumat verib.
O, bundan sonra da ABŞ səfirliyi ilə diplomatik əlaqələrin davam etdiriləcəyini bildirib./Musavat.com/