|
KXCP sədrinin müşaviri Sərxan Carçı həbsdə olan siyasi məhbus, KXCP Ali məclisinin üzvü Vüqar İsmayılovu həbsxanada ziyarət edib.
Bu barədə Teleqraf.az-a məlumat verən Sərxan Carçı Həbsxanada acınacaqlı vəziyyətin hökm sürdüyünü, yeməkdən tutmuş, hamama qədər hər şeyin pul ilə olduğunu deyərək bildirdi ki: “Vüqar bəy, hər dəfəki kimi bu dəfə də çox nikbin idi.. Həbsinin səbəbi bir başa siyasi sifariş olan Vüqar İsmayılov məhbusxanada da siyasi prosesləri izləiyir. Hal hazırda müxalifətin passivliyindən narahatlığını bildirən siyasi məhbus, ən yaxın zamanda xalqın yenidən toparlanıb daha güclü bir müxalif dalğa yaradacağına inanır."
Sərxan Carçı Vüqar Ismayilovun onunla ilgilənən hər kəsə ayrı-ayrılıqda təşəkkürünü çatdırmağını xahiş etdiyini bildirdi: "Doğma partiyamızın rəhbərliyinə, hər bir üzvünə, ələxsus da Qazax rayon şöbəsinə xüsusi salam çatdırdıran Vüqar bəy, Qazaxda onun işləri ilə ilginən jurnalist Bəxtiyar Hidayətə ayrıca salam və təşəkkür etdi.”