|
Azərbaycanda iş saatı dəyişdirilə bilər.
Teleqraf.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: "Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır".