|
Samux Rayonunun Alabaşlı kəndidə müxalifətçiyə əkin sahəsini sulamağa imkan verilmir.
Bu barədə Teleqraf.az-a KXCP Samux rayon şöbəsinin sədri Tahir Abdullayev məlumat verib. Onun bildirdiyinə görə, hazırda hərbi xidmətdə olan oğlu Abdullayev Ozalın Samix rayonunun Alabaşlı kəndindəki əkin sahəsini sulamaq üçün əməlli başl mübarizə aparmağa məcburdur. Müxalifətçi olduğu və hər zaman rayonda baş verən özbaşınalıqlara qarşı durduğu üçün Samux rayonunun icra başçısı Alı Qocayev onlara problem yaratmaqla məşğuldur. Tahir Abdullayevin bildirdiyinə görə, orada olan artezian quyusunun avadanlıqlarını təmir adı ilə aparsalar da15 gündən çoxdur ki, gəritib çıxartmırlar. Qarabağ döyüşçüsü olduğunu və xeyriyyəçi insan olaraq tanındığını deyən Tahir Abdullayev hərbi xidmətdə olan övladı Ozaln da nümunəvi əsgər olduğunu və dəfələrlə hərbi hissə komandanlığı tərəfindən mükafatlandırıldığını deyərək, icra başçısı Alı Qocayevin onlara qarşı qərəli mövqeindən bezdiklərini də bildirib.