|
Özlərini "anarxist" adlandıran 10-12 nəfərə yaxın gənc “Dostluq” kinoteatrının yaxınlığında Etatist.com-un baş redaktoru Şəhriyar Məcidzadə və əməkdaşlarına bıçaqla hücum edib. Saytın məlumatına görə, insident nəticəsində saytın əməkdaşı Aqşin Vəliyev qolundan xəsarət alıb.
Yaralı hal-hazırda xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, yaralının vəziyyəti normaldır.
Hücum edənlərdən birinin Türkiyədə təhsil alan azərbaycanlı anarxist qruplarda Əliş adı ilə tanınan şəxs olduğu deyilir.
Xatırladaq ki, bir müddət öncə sol fikri daşıyan və Türkiyədə təhsil alan azərbaycanlı gənclərdən üçü PKK terror təşkilatına qoşulub.