|
Fransa səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Səfirlikdən Qafqazinfo-ya verilən məlumata görə, səfirliyin konsulluq şöbəsinə yay fəsli ilə əlaqədar viza müraciətlərinin sayı artıb: "Bununla bağlı Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar. Viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş günüdür. Təqdim olunmuş viza müraciətlərinin konsulluq tərəfindən baxılması üçün isə üç iş günü zəruridir".
“Konsulluğun işçi heyəti, peşəkar yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına, səfərin hazırlanması zamanı, bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyə edir", - məlumatda bildirilib.