|
KXCP rəhbərliyi həbsxanada olan silahdaşlarını ziyarət ediblər
Teleqraf.az-ın məlumatına görə, KXCP Sədrinin müavinləri Xəzər Teyyublu və Oktay Gülalıyev hazırda həbsdə olan KXCP Ali məclisinin üzvü Vüqar İsmayılovu ziyarət ediblər. KXCP rəhbərliyi ilə bərabər Vüqar İsmayılovun anası və qohumları da onula görüşmək imkanı əldə ediblər.
Xatırladaq ki, Vüqar İsmayılov KXCP Ali məclisinin üzvü olmaqla bərabər 2013-ci ildə keçirilən prezident seçkilərində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Tovuz rayonunda təbliğat qrupunun rəhbəri olub. Seçki dövründə dəfələrlə təzyiqlərlə üzləşən KXCP Ali Məclisinin üzvü Vüqar İsmayılov prezident seçkiləri bitdikdən sonra şərlənərək həbs edilib.
Elşən