“23 ildir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasında məskunlaşmışıq. Oğlanlarımı evləndirdiyim üçün Günəşli sanatoriyasının həyətində ev tikdim. Evi tikib qurtardığım gün isə gəlib bildirdilər ki, ev sökülməlidir. Bunu tikəndə əvvəldən görürdünüz, niyə demirdiniz ki, qanunsuzdur, tikmək olmaz?! Mən o evi tikmək üçün borca girmişdim”.

Bu sözləri Xocalı sakini, 2-ci qrup Qarabağ əlili Oqtay Abdullayev Musavat.com-un redaksiyasına müraciət edərək deyib. Şikayətçi ev tikmək üçün 50 min manatdan çox xərc çəkdiyini dedi: “Biz Xocalıdan çıxanda ailə üzvlərimin sayı 5 nəfər idi. Övladlarım ailə qurduqdan sonra ailə üzvlərimizin sayı artaraq 13 nəfər olub. Məcbur olub 2014-cü ilin mart ayında Günəşli sanatoriyasının boş ərazisində icazəsiz olaraq ev tikdim.

Mən evi tikdiyim ərazi zibilxana kimi bir yer idi. Oğlum 3 il idi ki, nişanlı idi. Ev problemi ucbatından evləndirə bilmirdim. Evi tikib qurtarana qədər bir nəfər də olsa gəlib demədi ki, niyə tikirsən və ya olmaz. Amma evi tam tikib qurtardığım gün sanatoriyanın baş həkiminin köməkçisi gəlib evin şəklini çəkərək məni Xəzər Rayon Məhkəməsinə verdi ki, bu ev sökülməlidir. Mənim tikdiyim evin sanatoriyaya heç bir maneçiliyi yoxdur. Artıq bir ildir ki, məhkəmələrdə qalmışam. Məhkəmələrdə qərar çıxarır ki, ev sökülməlidir. Hazırda iş Ali Məhkəmədədir. Mən də bilirəm ki, evi icazəsiz tikmişəm. 

Ancaq nə edə bilərdim, çarəsiz idim. Mən o evi tikəndə hər kəs görürdü. O zaman niyə yaxınlaşıb demədilər ki, xərc çəkib tikmə, onsuz da söküləcək?! Mən banka, borca girərək o evin tikilməsinə 50 min manatdan çox vəsait sərf etmişəm. Hazırda da onun borclarını ödəyirəm. Prezidentə, aidiyyəti qurumlara məktub yazaraq xahiş etmişəm ki, torpaqlarımız geri alınana qədər mənə o evdə müvəqqəti yaşamağa icazə versinlər. Ya da məni başqa evlə təmin etsinlər. Əgər bunların heç biri mümkün deyilsə, mənim o evin tikilməsinə sərf etdiyim vəsait qaytarılsın. Ancaq müraciətlərimə hələ ki cavab gəlməyib. Qəzetiniz vasitəsilə dövlət başçısından və aidiyyəti qurumlardan bir daha xahiş edirəm ki, məhkəmə dayandırılsın, evi sökməsinlər. İcazə versinlər torpaqlarımız qayıdana qədər həmin evdə yaşayaq”./Musavat.com/

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti