|
Erməni bayrağı yandırıldı, hər kəsi erməni bayrağı yandırmağa çağırdılar.
Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının da Bakıda qaldırılmasına, erməni idmançılarının Bakıya gözlənilən səfərlərinə qarşı etiraz aksiyası keçirib.
QAT-ın mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, aksiya iştirakçıları hesab edirlər ki, erməni bayrağının Bakıda qaldırılması bütün Azərbaycana, şəhidlərin ruhuna təhqirdir. Erməni bayrağı dərhal endirilməli və məhv edilməlidir. Aksiyada xüsusi olaraq vurğulanıb ki, heç bir beynəlxalq hüquq, beynəlxalq təşkilat qarşısında götürülən öhdəlik erməni idmançılarının Bakıya gəlməsi üçün əsas ola bilməz. Bu gələnlər idmançı deyildirlər, terrorçu, işğalçı Ermğnistan rejiminin nümayəndələri, işğal və terror təbliğatçılarıdırlar.
Aksiya iştirakçıları " Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol! " yazılmış plakatlar qaldırmış, şüarlar səsləndirmiş, Serj Sərkisyan, Seyran Ohanyan, Bako Saakyan, Levon Ter- Petrosyan, Robert Koçaryan kimi hərbi canilərin, uşaq qatillərinin şəkillərini, Ermənistan bayrağını əvvəlcə ayaqlar altına atmış, sonra yandırmışlar.
Qarabağ Azadlıq Təşkilatı bu aksiya ilə bütün Azərbaycan cəmiyyətinə müraciət edib, hər yerdə erməni hərbi canilərinin şəkillərinin, erməni bayraqlarının yandırılmasına çağırıb.