|
Türkiyədə keçirilən parlament seçkilərində türk futbolunun əfsanəsi Hakan Şükür də namizəddir. Bu dəfə müstəqil namizəd kimi.
Avropa.info xəbər verir ki, 23:40 radələrində olan nəticəyə görə Hakan Şükür namizəd olduğu İstanbul 3-cü bölghəsindən 31703 səs alıb. Bu isə səslərin 1,13%-i deməkdir. Bu səs faizi isə sabiq futbolçunun parlamentə girməsinə yetmir.
Qeyd edək ki, keçən parlament seçkilərində Hakan Şükür eyni yerdən namizədliyini verərək, AKP millət vəkili kimi parlamentə girmişdi.