|
Xarici işlər naziri Elmar Məmmədyarov səfir Arif Məmmədovun müxalif ruhlu çıxışını dəstəkləyən bütün diplomatların və XİN əməkdaşlarının tutduqları vəzifədən azad olunması barədə əmr imzalayıb.
Bu informasiya virtualaz.org saytına məlumatlı mənbələrdən verilib.
Qeyd edək ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov öz facebook səhifəsində hökumət əleyhinə çağırışla çıxış edib. Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər.