|
Gənc fəal Ruslan İzzətlinin sədri olduğu D18 Hərəkatı daha bir ciddi itki ilə qarşılaşıb. Təşkilatın sədr müavini və Ruslan İzzətlinin ən yaxın adamı kimi tanınan Elvin Camalın istefa bəyanatından sonra hərəkatın rəhbərliyində təmsil olunan daha bir fəalın istefa xəbəri yayıldı.
Teleqraf.az-ın xəbərinə görə, Ruslan İzzətlinin birinci müavini və bu il keçiriləcək parlament seçkilərində hərəkat adından namizəd olaraq iştirak etməsi planlaşdırılan Elmin Həmzadə də D18 Hərəkatında istefa verib. Bu haqda Elmin Həmzadə özünün “Facebook” profilində yazaraq öz iradəsi ilə istefa verdiyini bildirib:
“Mən D18 Hərəkatından öz iradəmlə,heç bir təzyiq olmadan istefa verirəm. Artıq bu gündən D18 Hərəkatının gördüyü işlərə, vediyi siyasi qərarlara görə hər hansı məsuliyyət daşımıram. "Ailə prinsipi"nə əsaslansaq o zaman qardaşıma qarşı olan haqsızlıq,yalnışlıq və yersizlik mütləqdir ki sabah mənə də qarşı olacaq. Bu dünyada ad-san,şan-şöhrət,siyasi davranış,beynəlxalq əlaqə,gözəl danışıqdan daha üstün şeylər var,insanlıq,dostluq,qardaşlıq,səmimiyyət,inam və güvən.Məndən bu qədər. Qeyd: qalan hər şey öz yolundadır”