|
Azərbaycanın 17 rayonu üzrə 34 kəndin adı dəyişdirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Ağcabədi, Ağdaş, Ağdam, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarında ümumilikdə 34 kəndin adının dəyişdirilərək Azərbaycan toponiminə uyğun ad qoyulması təklif olunur. Əksər kəndlərə Sovet vaxtından əvvəlki adları qaytarılır.
Layihə Milli Məclisin mayın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.