|
Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın yanması nəticəsində evlərindən çıxan 16 ailə kirayə mənzillərdə yerləşdirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda 10 ailə isə Goradil, Fatmayi və Bilgəhdə yaradılan pansionatlarda yerləşdirilib.
Binəqədi RİH-dən bildirilib ki, sakinlərə dəymiş maddi ziyanın hesablanması prosesi davam etdirilir.
Qeyd edək ki, yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb.