|
KXCP Qobustan rayon şöbəsi özünün növbəti konfransını keçirib.
Teleqraf.az-ın xəbərinə görə, Konfransda ümumi səsvermə ilə Mirəli Səlimli Şöbənin sədri, Nadir Babayev isə KXCP Ali Məclisinə üzv seçilib.
Daha sonra rayon şöbəsinin NTK-sının üzvləri və KXCP-nin bu il keçiriləcək qurultayına rayon şöbəsindən səlahiyyətli nümayandələr seçiliblər.
Konfransda iştirak edən KXCP Sədri Mirmahmud Mirəlioğlu çixiş edərək ölkədəki ictimai-siyasi vəziyyətdən danişaraq qarşida duran vəzifələr haqqında özünün müvafiq tapşırıqlarını verib. Konfransda təşkilati məsələlər geniş müzakirə olunub.