A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub

Hər  gün Türksat, Azərspace, Arabicsat peyklərindən və 800-ə qədər saytdan canlı olaraq bir neçə dildə yayımlanan, təkcə internet üzərindən günlük izləmə sayı 1 milyondan çox, peyk üzərindən isə milyonlarla olan A9 Televiziyasında “Adnan Oktarla Söhbətlər” verilişinin bu dəfəki qonaqları azərbaycanlılar olub. Teleqraf.az-ın xəbərinə görə, verilişdə Azərbaycandan Ramiq Vəliyev, Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Aysel Vəlizadə, Sevinc Haqverdizadə,Ləman Piriyeva, Elvin Pirquliyev iştirak edib. Verilişdə cənab Adnan Oktar müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdən bəhs edərək başlayıb. Daha sonra Azərbaycandan gəlmiş qonaqlarla tanışlıq olub. Qonaqlardan Ramiq Vəliyev Azərbaycanda görülən işlərdən, ölkəmizdə gedən inkişafdan, I Avropa Oyunları və ümumilikdə Azərbaycan barədə məlumat verib. Daha sonra verilişdə Azərbaycan haqqında hazırlanmış qısa sənədli film göstərilib.
Cənab Adnan Oktar cənab prezident İlham Əliyevin İslam dini ilə bağlı sözlərindən bəhs edib və Ramiq Vəliyev Prezidentimizin İslam dini ilə bağlı sözlərini oxuyub. Cənab Adnan Oktar Prezidentimizin ailəsinin müasir və imanlı olduğunu vurğulayaraq ona və ailəsinə dua edib, gənclər tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. Verilişdə Bakı şəhərinin gözəlliyi haqqında söhbət edilərək, Bakının «Qafqazın Parisi» olduğu vurğulanıb. Verilişdə eyni zamanda yeni tikilən Heydər məscidi haqqında məlumat verilib.

Cənab Adnan Oktar azərbaycanlılar haqqında bu sözləri deyib: “Azərbaycan xalqı candır. Cəsarətlidir, vicdanlıdır. Çox tərbiyəlidir azərbaycanlılar. Çox hörmətlidirlər. Əxlaqları idealdır. Heç degenerasiya olub pozulmadılar, çox əsalətli qaldılar”.

Cənab Adnan Oktar Azərbaycanda İslam dini ilə bağlı görülən işlər barəsində bu sözləri vurğuladı: “Təbii ki, İlham bəy çox ağıllı davrandı, xurafata qapını heç açmadı. Həqiqi İslamın qapısını açdı, xurafatın qapısını bağladı”.
Cənab Adnan Oktar verilişdə Qarabağ problemi haqqında maraqlanıb və Ramiq Vəliyev cavab olaraq torpaqlarımızın 20% - nin hələ də işğal altında olduğunu vurğulayıb. Cənab Adnan Oktar isə məsələ ilə bağlı bunları deyib: «Onu geri alacaqsınız (işğal olunmuş torpaqları), onu geri alacaqsınız, mənə güvənin yaxında onu geri alacaqsınız”.

Daha sonra cənab Prezidentimiz və ailəsinin Həcc ziyarətinin şəkilləri göstərilib Adnan Oktar yenidən Prezidentimiz və ailəsinə dua edib. Verilişdə son olaraq Azərbaycan və Türkiyə dövlətləri arasında viza və pasport rejiminin aradan qaldırılmasının vacibliyi vurğulanıb. Cənab Adnan Oktar Azərbaycan və Türkiyə arasında viza və pasport sisteminin ləğv edilməsinin lazım olduğunu vurğulayaraq bu sözləri deyib: «Mən avtomobillə Bakıya gedib restoranda yemək yeyib geri gələcəyəm. Amma məndən xarici pasport tələb edilməməsi şərti ilə”. Verilişin sonunda cənab Adnan Oktar Azərbaycan dövlətinin hər türk övladının dövləti olduğunu vurğulayıb və Azərbaycanın inkişafı üçün dualar edib.

 

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti