"800 milyon manat borcun olması üçün gərək bir neçə milyard manat əmlaka sahib olasan"

“Beynəlxalq Bankdakı 6 milyard manatın aqibəti hələ ki, bəlli deyil. Həbs edilən iş adamları da məhz bu məsələyə görə saxlanılıblar. Əslində 6 milyard manat Azərbaycanın illik dövlət büdcəsinin 1/3-i deməkdir. Bu böyük bir fəlakətdir.” 

Bu sözləri FaktXeber.com-a tanınmış hüquq müdafiəçisi, vəkil Aslan İsmayılov son günlər yüksək çinli məmurların və oliqarxların həbsi ilə bağlı baş verən hadisələrə münasibət bildirərkən qeyd edib. 

Aslan bəyin sözlərinə görə, oliqarxların həbsinə qeyri-adi bir şey kimi baxmaq lazım deyil: “Bəs həmin oliqarxların bu günə qədər yaşadıqları dəbdəbəli həyat tərzi hansı pullar hesabına olub? Əslində Azərbaycanda həmin adamlara "iş adamı" deyilməsinə belə, razı deyiləm. Çünki iş adamları adətən hansısa işi bilən, ideya yaradan, vergi verən, qanuna riayət edən insanlardır. Bu insanların işi isə, ancaq pul xərcləməkdən, dəbdəbəli geyməkdən, yaxtalarda gəzməkdən başqa bir şey olmayıb. Hətta böyük əksəriyyətinin fərli-başlı təhsili belə yoxdur. Sadəcə dövlətin pulunu yeyib kef etməklə yanaşı, hansısa məmurla əlbir olublar. İşləri-gücləri xalqın pulunu talamaqdan ibarət olub. Azərbaycanda axırıncı iş adamları 2004-2005-ci ildə fəaliyyət göstərən Zülfüqarlı qardaşları kimi şəxsləri idi ki, hazırda belə bir adamlar yoxdur. “ 

Azərbaycanda hakimiyyətin qohumluq prinsipləri çərçivəsində idarə edildiyini söyləyən Aslan bəy, “qanunlarla idarə edilsəydi, həbs edilən bir oliqarxın banka 800 milyon borcu olmazdı. Azərbaycanda 800 milyon manat borcun olması üçün gərək bir neçə milyard manat əmlaka sahib olasan. Halbuki yerli iş adamlarından bir nəfər də olsun belə, dünyanın milyarderlər siyahısına düşməyib”, - deyə bildirdi: 

“Mən şəxsən hansısa Qarabağ əlilinə 3-5 min kredit almaq üçün bank rəhbərlərinə gecə-gündüz yalvarırdım. Nə qədər ki, neft pulları milyardlarla axıb gəlirdi, bu cür yeyintilər hiss olunmurdu. Bunlar da öz növbəsində yeyib kef edirdilər. İndi milyardlar qurtarıb deyə, başlayıblar pul axtarmağa.” 

Mərəkənin hələ bundan sonra başlayacağını söyləyən Aslan bəy bildirdi ki, əsas məsələlər hələ qabaqdadır: “Nəticə çox acınacaqlı olacaq. 18 milyard illik dövlət büdcəsinə malik bir ölkənin Beynəlxalq Bankında 6 milyard dollar naməlum şəkildə yoxa çıxması sadəcə fəlakətdir. Bizlər də fəlakətin uçurumundayıq. Məsələ budur ki, bu uçuruma təkcə biz yox, ümumilikdə bütün cəmiyyət yuvarlanacaq.”

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti