|
Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturları əməkdaşlarının vəzifələrindən azad edilməsi barədə fərman imzalayıb.
ANS PRESS-in məlumatına görə, bununla 20 general vəzifələrindən azad olunub.
Polis general-leytenantı Sergey Lavrov vəzifədən azad olunub. O, Kuban üzrə idarə rəisi postunu tuturdu.
Bundan başqa daxili xidmət general-mayoru Andrey Pilipçuk postundan məhrum edilib. Pilipçuk Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin KİV-lərlə qarşılıqlı təsir üzrə idarə rəisi idi.
Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Mərkəzi regional komandanlığı qoşunlarının birinci müavini Vladimir Padalko da işdən çıxarılıb.