|
"Gənclər Klubu" İctimai Birliyi hər il olduğu kimi bu il də Ankarada "28 May Cümhuriyyət Yürüşü" adlı fərqli və orijinal layihəsini təqdim edir.
Belə ki, təşkilat Ankarada Republika günü münasibəti ilə Bayram Yürüş-Mitinqi təşkil edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97 ci il dönümü münasibətilə təşkil ediləcək mitinqə Mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək.
31 may Bakıya geri dönəcək.
Bu heyətin tərkibinə fəal gənclər, ziyallılar və mətbuat nümayəndələri daxil olacaq. Türkiyədən isə Azərbaycanlı tələbələr və ziyalılar qoşulacaq. Ankarada isə heyətə müxtəlif universitetlərdə təhsil alan tələbələr və ziyallılaq qoşulacaq.
Mayın 28-də Ankaranın mərkəzindən müstəqil Azərbaycanın banisi, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin "Əsri" qəbirstanlığındakı məzarına yürüş olacaq. Böyük öndərin xatirəsi yad olunduqdan sonra Azərbaycanın keçdiyi yol və AXC-nin fəaliyyəti mövzusunda çıxışlar olacaq.
Bayram Yürüşünə qatılmaq üçün müvafiq şərtlər:
1. Hər kəs qoşula bilər
2. Hər kəs yol və qalma xərclərini özü ödəməlidir
Bakıdan Ankaraya bir neçə avtobusla gediləcək. Nəzərə alsaq ki, bu prosesə xeyli gənc dəstək olacaq və bu da bizə yolda yaxşı əylənmək üçün əla şansdır
Ümumilikdə isə Ankaraya gediş-gəliş + qalmaq + 28 May Bayram şam yeməyi üçün cəmi 160 dollar tələb olunur. Özünüzlə əlavə xərclər üçün pul götürə bilərsiniz.
Tədbirdə iştirak etmək üçün müraciətlərin son tarixi: 20 May 2015
Əlavə məlumat üçün:
055 848 14 34
050 684 80 84