|
İranın ali dini lideri Əli Xameneyi İnstagram sosial şəbəkəsində videolar üçün müəyyən edilmiş müddət məhdudiyyətini aşıb.
Musavat.com xəbər verir ki, məlumatı “The Guardian” yayıb. İnstagram-da videolar üçün 15 saniyəlik məhdudiyyət mövcuddur. Lakin istifadəçilər ayətullahın bu məhdudiyyəti dəfələrlə aşan 1 dəqiqə 30 saniyəlik video aşkarlayıblar. Videoda Əli Xameneyinin çıxışı var.
İnstafram şirkətindən bildirilib ki, Xameneyinin akkauntunu idarə edənlər sistemdəki baqdan yararlanıblar. İnstagram-da əmin ediblər ki, yanlışlıq aradan qaldırılıb. Lakin Xameneyinin profilindəki video hələ də qalır.