|
Türkiyə baş nazirinin müşaviri Etyen Mahçupyan vəzifəsindən azad edilib.
Musavat.com-un məlumatına görə, Mahçupyan bildirib ki, yaş həddinə görə sistemdən kənarda qalıb.
İşdən çıxması ilə bağlı açıqlama verən müşavir deyib: “Yaşımız tamam olanda vəzifədən kənarda qalırıq. Amma mən bundan sonra vəzifəmdə fəxri olaraq qalacam. Artıq rəsmi yox, fəxri müşavirəm. Dəyişən sadəcə odur ki, maaş almayacağam”.
Maraqlıdır ki, Türkiyə qaynağının bildirdiyinə görə, Etyen Mahçupyan hələ martın 9-da – 1915-ci il hadisələrini “soyqırım” kimi adlandırmamışdan öncə müşavirlikdən çıxarılıb. Yəni bir neçə gen öncə o, belə bir açıqlamanı verəndə artıq baş nazirin müşaviri deyilmiş.
Xatırladaq ki, Roma Papasının məlum bəyanatını şərh edən Mahçupyan “Vatikan 100 illik psixoloji yükü yüngülləşdirdi, genosid ermənilər və başqaları üçün daha çox psixoloji məna daşıyır, nəinki siyasi” demiş, Papaya haqq qazandırmışdı.
Təbii ki, bu kimi fikirlər Türkiyə prezidenti və baş nazirinin, bütövlükdə Türkiyə dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir.