|
“Bu gün erməni ordusunun zabitləri öz əsgərlərini homoseksuallığa məcbur etməklə şıltaqlıqlarını təmin etməyə məcbur edirlər”.
Axar.az “Kavkaztimes.com”a istinadən xəbər verir ki, bu sözlər Ermənistan ordusundan qaçaraq Avropadan sığınacaq tapmış Paruyr Stepanyanın beynəlxalq təşkilatlara təqdim etdiyi sənədlərdə yer alıb.
Onun sözlərinə görə, əksər hallarda bu vəziyyətlə yaşayış yerindən uzaqda xidmət edən çağırışçılar qarşılaşırlar:
“Çox zaman seçim yerli və gəlmə ermənilər arasında yaranmış yerlibazlıq prinsipi əsasında tənzimlənir. Bəzən bu amil qərargahda yüksək vəzifəli məmurların şıltaqlığı ucbatından da baş verir. Onlar erməni ordusunun yüksək rütbəli məmurları tərəfindən həvəsləndirilərək qərargaha xidmətə dəvət edilir və onları birgə yaşamağa məcbur edirlər. “İstəkləri”ni rədd etmiş əsgərlər isə döyülüb zorlandıqdan sonra öz hərəkətlərinin gizlədilməsi üçün ön cəbhəyə yola salınır. Bu əsgərlər sırasında bəziləri bu vəhşiliklə yaşamağı qəbul edirlər, amma sonda onların əksəriyyəti xidmət yerlərini rüsvayçılıqla tərk edirlər”.
Stepanyanın beynəlxalq təşkilatlara göndərdiyi sənədin başqa bir məqamında Qarabağın Ermənistana lazım olmadığını deyir:
“Qarabağ hazırkı məqamda hərbi xunta ilə barışmayanlar üçün həbsxana rolunu oynayır. Mənəvi və fiziki əzablarla keçən hərbi xidmətdən sonra cəmiyyət üçün psixi cəhətdən faydasız gənclər toplusu formalaşır. Erməni ordusundakı indi baş verənlərlə başqa heç harda qarşılaşmaq mümkün deyil. İntihar edənlərin sayını hərbi rəhbərlik gizlədir və üstəlik ölən əsgərlərin valideynləri daim təhdidlər altında yaşayır. Beynəlxalq təzyiqlərdən qorxan hərbi rəhbərlik isə yaranmış vəziyyəti gizlətməyə çalışır”.
Qeyd edək ki, Paruyr Stepanyan 2008-ci ilin mayında könüllü şəkildə silahı yerə qoyaraq, Azərbaycan ordusuna təslim olduğunu bildirmişdi. O, 2009-cu ildə öz istəyi ilə üçüncü ölkəyə göndərilmişdi.