Bəllidir ki, Azərbaycanın məmur-oliqarxları öz pullarını bir neçə istiqamətdə yatırıma yönəldirlər. Varlı məmurlar kapitalının bir hissəsini ölkə iqtisadiyyatına yönəltməyə, eləcə də Bakıda və Azərbaycanın başqa yerlərində, habelə bir sıra xarici ölkələrdə daşınmaz əmlak almağa xərcləyir, qalanını isə xarici banklarda və ya qiymətli kağızlarda saxlamağa üstünlük verirlər. 

“Yeni Müsavat”ın dərc etdiyi məqalədə bildirilir ki, bir neçə il əvvəl dünyadakı böyük iqtisadi böhran Azərbaycan məmurlarının hətta transmilli şirkətlərə yatırdıqları investisiyanı “vurdu” və onlar ciddi maliyyə ziyanına düşdülər. Xəbərlərə görə, məhz bundan sonra daha çox məmur paralarını banklarda “yatırmağa” qərar verdi. Bu, biznes maraqları baxımından əlverişsiz olsa da, daha təhlükəsiz seçim hesab olunurdu.

Amma bu ilin fevralında İsveçrədə dünyanın ən böyük ikinci bankında - HSBC-də gizli hesabların internetə sızması bankların da əslində etibarsız olduğunu üzə çıxardı. Məlum olmuşdu ki, Azərbaycandan da 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. Amma kimdir, nə işin sahibidir, bunlar bilinmədi. 

Əslində İsveçrə bankında üzə çıxan gizli hesabdakı məbləğ Azərbaycanın bəzi məmur-oliqarxları üçün “tum pulu” hesab oluna bilər. Heç kimə sirr deyil ki, iqtidarda uzun müddətdir vəzifə tutan şəxslərin bəziləri təkcə Bakıda və ya ölkənin səfalı guşələrində tikdirdikləri yay villalarına içinin mebelləri ilə birgə milyonlarla dollar xərcləyirlər. Elələri var ki, qarajlarında üst-üstə dəyəri milyonlar edən avtomobillər saxlayırlar.

Azərbaycan iqtidarı “şişmiş məmurların” pullarına nəzarət etmək üçün ötən ilin iyununda “Banklar haqqında” Qanuna dəyişiklik etməli oldu. Həmin dəyişikliyə əsasən, Azərbaycan məmurları (və ya sadə vətəndaş) xarici banka pul yatırırsa, bu halda mütləq Azərbaycanın dövlət orqanlarını məlumatlandırmalı, məbləğə uyğun vergiyə cəlb edilməlidir. 

Bu, artıq məmurları külli miqdarda pullarını saxlamaq üçün daha başqa planlar qurmağa sövq edəcək.

Qəzetə daxil olan məlumata görə, Azərbaycanda bir nazir uzun müddətdir ki, pullarını, yəqin ki, həm də digər qiymətli əşyaları (məsələn, antikvarlar, qızıl, daş-qaşlar, yumurta boyda brilyantlar) xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi  otaqda saxlayır. 

Mənbənin dedikləri var-dövlətini bir sirli mağarada saxlayan məşhur hind filmini xatırlatsa da, israr edir ki, bu bir gerçəkdir. “Həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər. Yəni bir bunker. Ən müasir texnologiya ilə qorunması da təşkil edilib. Bankı yara bilərlər, o otağı isə yox” deyə, qaynaq bildirib. Onun kimliyinə gəlincə, mənbə bu adın çəkiləcəyinin nə dərəcədə riskli olduğunu söyləyib və təbii ki, ad çəkmək istəməyib. Yalnız onu deyib ki, o məmur, onun var-dövləti haqda mətbuat çox yazır... Üstəlik o, elə sahəyə rəhbərlik edir ki, dövlət büdcəsindən ən çox maliyyə vəsaiti həmin sahəyə ayrılır. O da təmir, əsaslı təmir adı ilə onlardan daha çox faydalana və onları rahat mənimsəyə bilir. 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti