|
Aprelin 11-de İsveçrənin Surix şəhərində "Ocaq" Azərbaycan Mədəni Mərkəzinin təsis yığıncağı keçirilib.
Bu barədə müsavat.com-a təsis yığıncağında iştirak edən mühacirlər məlumat veriblər. Məlum olub ki, toplantıda təşkilatın nizamnaməsi qəbul edilib. "Ocaq" İsveçrədə yaşayan azərbaycanlıların bir araya gəlməsi, vətənimizin yaşadıqları ölkədə daha geniş tanıdılması, inteqrasiya problemlərinin həll olunmasi və s. kimi məsələlərdə mühacir soydaşlarımıza dəstək olacaq: “Ocaq” gerçəkdən hamımız üçün bir ocaq olacaq”.
Təşkilat bir Azərbaycan çapında tanınan siyasi mühacirləri və eləcə də İsveçrədə yeni mühacir həyatına başlayan siyasət və cəmiyyət fəallarını özündə birləşdirir. Musavat.com-a məlum olub ki, təşkilatın təsis yığıncağında Hacı Hacılı, Elbəyi Həsənli, Kamil Tağısoy, Elxan Həsənli, Musa Hacıyev, İsa Səməd, Əbülfəz Səfərəli, Hüseyn Tağı, Xəyyam Qəhrəmanov, Sarvan Abduləzimov, Niyaməddin İmranov, Davud Hüseynov iştirak ediblər. Toplantı tanınmış jurnalist Elbəyi Həsənlinin təşkilata sədr seçib. Onun müavinləri olaraq Musa Hacıyev, İsa Semed seçiliblər. "Ocaq" Azərbaycan Mədəni Mərkəzinin maliyyə məsələləri üzrə müşaviri jurnalist Elxan Həsənli seçilib.