Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Kürdəmir rayonunda özünün zona müşavirəsini keçirib.

Teleqraf.az-ın müşavirədə olan əməkdaşının verdiyi məlumata görə, KXCP-nin  Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Zərdab və Ağdaş rayon şöbələrinin rəhbərlərinin iştirak etdiyi müşavirədə KXCP Sədri Mirmahmud Mirəlioğlu və KXCP Sədrinin müavini Xəzər Teyyublu da iştirak ediblər.

Müşavirədə təşkilati məsələlər,ictimai- siyasi vəziyyət, KXCP-nin bu il keçiriləcək qurultayına hazırlıq məsələləri və qarşıdan gələn parlament seçkilərində iştirak müzakirə olunub.

Ölkədə və regionda baş verən siyasi proseslər barədə çıxış edərək məlumat verən KXCP Sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hakimiyyətinin müxalifətə və QHT sektoruna olan basqısından danışaraq hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində olan problemlərə baxmayaraq hələ də həbsdə saxlanılmasının hakimiyyətin vətəndaşlarına münasibətinin nümunəsi olduğunu biildirdi.

Qarabağ problemindən də danışan KXCP Sədri "hakimiyyət nümayəndələri çıxışlarında güclü ordumuzun olmasından və iqtisadiyyatımızın inkşaf etməsindən danışırlar, əgər həqiqətən elədirsə torpaqlarımız nəyə görə işğal altında qalıb" deyə bildirdi.

Çıxışında iqtidar-müxalifət görüşünə də toxunan KXCP Sədri görüş barədə də məlumat verərək bildirib ki,“ Biz Azərbaycanda müxalifət yoxdur deyənləri masada əyləşməyə vadar etdik. Mitinqlərdə, iclaslarda dediyimiz sözləri indi bir başa üzlərinə dedik” Bunun böyük təticə olduğunu bildirən KXCP Sədri bəzi qüvvələrin bu görüşün güya mandat üçün həyata keçirilməsi haqqında danşdıqlarını da diqqətə alaraq, bildirib ki,“Mənim həyatda nə uğurum olubsa onu mənə xalq verib, mən də xalqımızın rifahı uğrunda hər şey etməyə borucluyam.  Mandata gəldikdə isə bir neçə dəfə o mandatı qazanmışam və lazım olanda mandatdan imtina etməyi bacaran adam da mən olmuşam. Azərbaycanda da hakimiyyəti məndən çox tənqid edən yoxdu, biz Heydər Əliyevin zamanında onun generalları haqqında da söz deyən adamıq"deyən KXCP Sədri Əbülfəz Elçibəyin “Bizə vətəndaş sülhü lazımdır” tövsiyəsini xatırladaraq bu gün vətəndaş sülhünə daha çox ehtiyac olduğunu bildirib.

Rusiyada vəziyyətin qəlizləşdiriləcəyini deyən KXCP Sədri bunun Azərbaycana xeyrinin dəyəcəyini bildirərək Azərbaycanın ciddi dəyişikliklər astanasında olduğunu vurğuladı.

Rayon şöbələrinin rəhbərləri çıxış edərək təşkilati məsələlərlə bağlı hesabat verərək təkliflərini də bildirdilər.
KXCP-nin Kürdəmir rayon şöbəsinin sədri Əliyusif Məlikov rayon şöbəsinin fəaliyyəti və qarşıdan gələn qurultaya hazırlıq konfranslarını keçirməyə hazır olduqlarını bildirərək qarşıdan gələn parlament seçkiləri haqqında da fikirlərini bildirdi.
   
Əliyusif  Məlikov mövcud komissiyalarla nəticə əldə etməyin çətinliklərindən danışaraq məlumat verdi ki,"keçən bələdiyyə seçkilərində namizədlərdən biri komisiya sədrinin gəlini idi. Biz ona bu barədə dedikdə bizə bildirdi ki, istəsəm onun mənim qohumum olmaması haqqında sənəd də yazdırıb verərəm. Bu çətinlikərə baxmayaraq biz seçkidə iştirak edərək nəticə əldə etməyə çalışacağıq."

Zərdab rayon şöbəsindən Ataş Əhmədov partiyanın savadlı hüquqşunaslara ehtiyacı olduğunu bildirdi. Qurultaydan sonra təşkilatın rəhbərliyini daha  ciddi adamlardan formalaşdırmağı tövsiyyə edən Ataş Əhmədov"bəzi adamların bizə etdiyi xəyanətlərin təkrarlanmasına yol verməməliyik"deyərək, "Mən xalqımın və liderim Mirmahmud Mirəlioğlunun əsgəriyəm, konfransımızı da yüksək səviyyədə təşkil edəcəyik"deyə bildirdi.

Ağdaş rayon şöbəsinin Sədri Zülfü Məmmədov xalqın sosial problemlərinə toxunaraq “elə olub i, mitinqə getmək üçün ayaqqabısı olmayan adamlar görmüşük. Xalq bütövlükdə bu hakimiyyətdən narazıdır, ancaq təssüf ki, iradəsin ortaya qoya bilmir” deyən Zülfü Məmmədov “63 yaşım var, millətimin və təşkilatımın əsgəriyəm, bu yolu da sona qədər gedəcəm” deyə çıxışını bitirdi.

KXCP Ağsu Rayon Şöbəsinin sədri Yaqub Babalı rayon şöbəsinin fəaliyyəti haqqında danışaraq bildirdi ki,“iqtidar-müxalifət görüşünə pis baxmıram. Baxmayaraq ki, bu hakimiyyətin mahiyyəti bütün dünyaya məlumdur, ancaq milli məsələlərdə hətta ermənilərlə də görüşülüb müzakirələr aparılır."Diktatura ilə mübarizə aparmağa Əbülfəz Elçibəy kimi güclü liderin olmadığını deyən Yaqub Babalı"baxmayaraq ki, mövcud komisiyalarla nəsə əldə etmək çətindir, ancaq seçkilərdə iştirak etməmək də olmaz"deyərək, şöbəsinin konfransını yüksək səviyyədə təşkil edəcəklərini dedi.

KXCP Ali Məclisinin üzvü Elşən Əlisoy təşkilatın gənclərə diqqət ayırmasını tövsiyə edərək, qurultaydan sonra KXCP–nin gənclərlə bağlı ciddi işlər görməsinin gərək olduğunu bildirdi.

KXCP Ali Məclisinin üzvü Vəkil Atakişiyev də təşkilatın gənclərlə bağlı siyasətinin daha ciddi həyata keçirilməsinin vacib olduğunu bildirdi.

İclasın sonunda rayon şöbələrinin rəhbərlərinə KXCP rəhbərliyi özünün müvafiq tapşırıqlarını verdi.

Müavirədən sonra KXCP Sədri Mirmahmud Mirəlioğlu hərbi xidmətini başa vurub qayıtmış gənclərlə də görüşdü.

Elşən Əlisoy

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti