|
Ağsuda iki nəfəri qətlə yetirən şəxs polisə təslim olub
Teleqraf.az-a verilən məlumata görə, Ağsu rayonunda iki nəfəri qətlə yetirən Ramiz Ələkbərov Ağsu Rayon Polis Şöbəsinə gələrək könüllü sürətdə polisə təslim olub.
Xatırladaq ki,1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə kirayə yaşadığı evə dəvət edərək ov tüfəngi lə qətlə yetirib.O,daha sonra Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilər Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında xalq artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçmışdı.Polislər Sərxan Səfərovun meyidini Ələkbərovun Ramizi axtarışını apararkən onun kirayədə yaşadığı evin həyətində aşkar etmişdilər.\Teleqraf.com\