|
"Ya Adil! Mənə "Qızıl Sultan" adını verən və devrilməyim üçün əllərindən gələni edən erməniləri indi məni devirənlərə parçaladırsan!"
Report xəbər verir ki, bu, Osmanlı sultanı II Əbdül Həmid Xanın "Zalımlara bəddua, millətə dua"sındandır. Bəddua və duanın mətni indi açıqlanıb.
"Allahım, özümü deyil, millətimi bu hala salanlara haqqımı halal etmirəm!
Məni parça-parça doğrasayadılar, sarayımı yaxsaydılar, xanümanımı, xanədanımı söndürsəydilər, uşaqlarımı gözümün önündə parçalasaydılar halal edərdim, ancaq Sevgilinin (Sallallahu aleyhu və səlləm) yolunda yürüdüyüm üçün məni və millətimi atəşə atan insanlara haqqımı halal etmirəm!
Müqqədəs adlarına qurban olduğum Allahım!
Mənə "Qızıl Sultan" adını verən və devrilməyim üçün əllərindən gələni edən erməniləri indi məni devirənlərə parçaladırsan! Bu cəlladları da kim bilir, kimlərə parçaladacaqsan?!..."
Xatırladaq ki, 1909-cu il martın 31-də II Sultan Əbdül Həmid Xana qarşı üsyan başlamışdı. Bu hadisə onun devrilməsi ilə yanaşı, Osmanlı İmperiyasının da zəifləməsinə güclü təkan verdi.