|
Dünyanın ən məşhur öngörücülərindən olan Mişel de Nostradamusun 2015-ci il üçün açıqlanan proqnozları arasında ABŞ-Rusiya müharibəsi daha çox diqqət çəkir. Belə ki, Nostradamus 2015-2017-ci illərdə kompüter hücumları (virus) üzündən iki nəhəng dövlət Rusiya və ABŞ arasında müharibə başlaya biləcəyini proqnozlaşdırıb.
Eyni zamanda bu müharibədə nüvə silahından istifadə və bu partlayışların may ayında Yerin çox hissəsini silkələyəcəyi gözlənilir. Uzun müddətdir ki, Rusiya ilə Qərb arasında, o cümlədən ABŞ-la münasibətlərdə gərginlik hökm sürür. Ukraynada baş verən böhran və Rusiyanın bu ölkəyə hərbi müdaxləsi Qərbin etirazına səbəb olub. Rusiyaya tətbiq olunan sanksiyalar və iqtsadi təzyiqlər də vəziyyəti dəyişmədi, əksinə münasiətlərdəki gərginlik artan şkala ilə davam edir.
Baş verənlər fonunda Rusiya ilə ABŞ arasında müharibə ehtimalı nə dərəcədə realdır?
Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında prosesləri və məşhur astorloqun proqnozunu şərh edərkən deyib ki, çox zəif ehtmal olsa da müharibə real görünür:
“Rusiya hazırkı davranışlarını dayandırmasa, Ukraynanı sıxışdırmağa, NATO-nun başqa üzvlərinə, məsələn, Baltikyanı ölkələrə, Polşaya təzyiqlərini, sürətlə silahlanma işini davam etdirsə, proseslər bu ölkənin aqressiv niyyət güddüyünə dəlalət edəcək. Buna görə də Rusiyanı cilovlamaq, onu müəyyən çərçivəyə salmaq üçün cəhdlər olacaq. Əlbəttə bu cəhdlərin başında ABŞ olacaq. Güman edirəm ki, belə davam etsə, Nostradamusun ABŞ-Rusiya müharibəsi proqnozu bu və ya digər formada reallaşa bilər”.
Q.Hüseynli vurğulayıb ki, hazırda dünya müharibəsindən danışmaq çətindir. Çünki belə müharibədə dünyanın əksər dövlətləri iştirak etməlidir:
“Bu dəfə dünya müharibəsi adlanan toqquşma əslində ABŞ və Rusiya arasında olacaq. Onlar arasında isə güc bərabərliyi yoxdur, Amerikanın əzici üstünlüyü var. Bu da ona qısa müddətdə Rusiyanı məğlub etmək qüdrəti verir. Ona görə də zənnimcə, ilk öncə Rusiyanı sanksiyalarla sıxacaqlar, iqtisadi metodlarla əzməyə çalışacaqlar. Sanksiyalar metodunun Rusiyanı çərçivəyə salacağını, nüvə silahı tətbiq etməyə ehtiyac olmayacağını düşünürəm”.
Politoloqun fikrincə, əgər III dünya müharibəsi baş verərsə, bu, çox qısamüddətli olacaq: “Nostradamusun düşündüyü, I və II dünya müharibələrinə bənzər toqquşmalar olmayacaq. III dünya müharibəsi , əgər olarsa, qısa miqyaslı və qısa müddətli olacaq”.