|
Ağsu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın Xalq artisi, keçmiş Millət vəkili mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğlu 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu Ağsu dolaylarında yerləşən,özünün “Ata Yurdu” adlı restoranında naməlum şəxs tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.
Mahir Mirzəyev qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.
Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.
Hadisə haqda ətraflı məlumat verəcəyik.