|
Sudan hökuməti ölkədə İrana aid olan bütün diplomatik fəaliyyətlərin dayandırıldığını açıqlayıb.
Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyatlara start verməsindən sonra Sudan hökuməti də İranın ölkədəki diplomatik fəaliyyətlərinin dayandırıldığını açıqlayıb.
İranın dəstəklədiyi husi qiyamçıları son aylarda Yəməndə mühüm irəliləyişlər həyata keçirmiş, bu da dövlət başçısının paytaxt Sananı tərk etməsinə səbəb olmuşdu.
Sudan hökuməti də öz təhlükəsizliyini təminat altına almaq üçün ölkədə İrana aid diplomatik fəaliyyətlərə son qoyub.