|
Türkiyənin tanınmış aktyoru Nejat İşler iyunun 7-də keçiriləcək parlament seçkisində dəstək verəcəyi partiyanı açıqlayıb. ANS PRESS-in məlumatına görə, İşlər bəyanat yayaraq separatçı kürdlərin siyasi qruplaşması olan Xalqın Demokratik Partiyasına (HDP) dəstək verəcəyini açıqlayıb. İşlerlə yanaşı bəzi aktyor, yazəçı, siyasətçi və həmkarlar ittifaqı da bu bəyanata dəstək verib.
“Bu dəfə adi bir seçki olmayacaq. Bu dəfə ciddi şəkildə Türkiyənin gələcəyinə səs veriləcək. Bu dəfə məsuliyyətimiz həmişəkidən çoxdur. Biz aşağıda imzası olanlar hesab edirik ki, 7 iyun seçkisində HDP ilə həmrəylik içində olmalıyıq. 2015-ci il seçkilərində verəcəyimiz səsi fikirləşərək; Türkiyənin və Yaxın Şərqin tarixi dövrdən keçdiyi şərtlərdə həyata keçirildiyini, seçki nəticəsində qurulacaq yeni parlamentin (TBMM) və hökumətin, Türkiyənin yaxın və orta vədədəki gələcəyinin formalaşmasında lazım olan siyasi və leqal tənzimləmələrin yeganə mənbəyi olacağını əsas plana qoymalıyıq” - deyə bəyanatda bildirilir.