|
Klassik Xalq Cəbhəsi Partiyasınnın (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) Başqanı Dövlət Baxçalının dəvəti ilə Türkiyə Cümhuriyyətinə yola düşüb.
Teleqraf.az-ın xəbərinə görə, MHP Başqanının dəvəti ilə Ankaraya dəvət edilən KXCP Sədri MHP-nin martın 21-də keçiriləcək qurultayında iştirak edəcək.