Hüquq müdafiəçisi Vidadi İsgəndərli aclıq aksiyasına başlayıb. 

O, Göyçay prokuroru Muxtar Eminovun hərəkətsizliyinə etiraz olaraq aksiyaya əl atdığını bildirib. 

V.İsgəndərli “Yeni Müsavat”a deyib ki, korrupsiyaya bulaşmış Çingiz Səlimov haqda yolladığı şikayətlər araşdırılmaq üçün Göyçay Rayon Prokurorluğuna göndərilib: “Prokuror tədbir görmək əvəzinə, bu şəxsin himayədarı rolunda çıxış edir, məni həbslə hədələyir. Ona görə də martın 7-dən fasiləsiz aclıq aksiyasına başlamışam. Səhhətim imkan verməsə də, aksiyanı davam etdirəcəyəm. Tələb edirəm ki, Çingiz Səlimovla bağlı operativ və ədalətli araşdırma aparılsın. Əgər rayon prokurorunun bu özbaşınalıqlarına son qoyulmasa, mən ailəmlə birlikdə ABŞ səfirliyindən siyasi sığınacaq istəyəcəyəm”. 

Hüquq müdafiəçidi deyib ki, özü ilə bərabər hüququnu müdafiə etdiyi şəxs də hədələrə məruz qalır: “Əks tərəfdəki mafioz qrupların təhdid və təzyiqlərinə məruz qaldıq. Bu yaxınlarda müdafiə etdiyim Ağalar Səlimovun işi ilə bağlı rayon prokurorluğuna sorğu göndərdim. Həmin sorğuda müdafiə etdiyim şəxsin şəriki olan Çingiz Səlimov tərəfindən hüquqlarının pozulduğunu və bu barədə rayon prokurorluğundan bu işin mahiyyətini araşdırmaq üçün cinayət işinin başlanmasını tələb etsəm də, prokuror Muxtar Eminov, Çingiz Səlimov haqda tədbir görmək əvəzinə bu şəxsin himayədarı rolunda məni həbslə hədələdi”. 

V.İsgəndərli Göyçay, Ucar və digər regionlarda vətəndaşların hüquqlarını müdafiə etməklə yanaşı, bu sahədə yaranmış neqativ hallarla bağlı, mütəmadi olaraq ölkə rəhbərliyinə, mətbuata məlumatlar verir. Hüquq müdafiəçisi kimi fəaliyyətinə görə əvvəllər həbs olunub, beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti