|
İŞİD terror qruplaşmasının silahlıları İraq ərazisində yerləşən qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Turizm və Tarixi Abidələr Nazirliyinin açıqlamasında bildirilir.
“İŞİD tarixi Nimrud şəhərinə hücum edərək onu ağır texnika vasitəsilə məhv edib”, deyə məlumatda bildirilir.
Nazirlik, həmçinin, silahlıların qiymətli tarixi mədəniyyət nümunələrinin aparılması üçün yük maşınlarından istifadə etdiyini bildirib. Rəsmi qurumlar indiyədək dağıntıların miqyasını müəyyən edə bilməyib.
Qeyd edək ki, İŞİD bundan əvvəl Mosulda nadir tarixi abidələri məhv edib