Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Şirvan şəhərində Aran bölgəsi üzrə zona müşavirəsini keçirib.
Teleqraf.az-ın xəbərinə görə müşavirədə KXCP Sədri Mirmahmud Mirəlioğlu, KXCP Sədrinin müavini Xəzər Teyyublu və KXCP İdarə Heyətinin üzvü Nizami Ələkbərli iştirak edib. KXCP Sədri Mirmahmud Mirəlioğlu geniş çıxış edərək, ölkədə və regionda baş verən siyasi proseslər barədə geniş məlumat verib. Müşavirədə KXCP-nin qarşıdan gələn 3-cü qurultaına hazırlıqla bağlı görülən işlər barədə məlumat dinlənilərək müvafiq tapşırıqlar verilmişdir. Bu ilin Noyabr ayında keçiriləcək parlament seçkilərində iştirakla bağlı görünən hazırlıq işləri müşavirənin əsas müzakirə mövzusularından olub.
Müşavirədən sonra KXCP rəhbərliyi KXCP İdarə Heyyətinin üzvü Aytəkin İmranovanın anasının yas mərasimində iştirak etmək üçün Zərdab rayonuna səfər ediblər.