|
Fevralın 22-də Lənkəran rayonu Liman şəhərində etiraz aksiyası keçirilib.
Qəsəbə sakinləri bahalaşmaya və kommunal problemlərə etiraz olaraq Ələt-Astara magistral yolunu bağlayiblar. Bu barədə Elxan Səfəvi adlı facebook istifadəçisi öz səhifəsində məlumat yayıb. Məlumatda göstərilir ki, qəsəbədə işıqlar sönüb, ərzaq mallarının qiyməti bahalaşıb. Sakinlər də buna etirazlarını bildirmək üçün yolu bağlayıblar.
Mərkəzi Bankın fevralın 21-də manatı kəskin uzuclaşdırması ölkədə bahalaşmaya səbəb olub. Kommunal problemlər isə hava şəraitinin pisləşməsi ilə yenidən özünü göstərib. //azadliq.info/